Haqqımızda

DataCube — data elmi sahəsində ixtisaslaşmış, yeni nəsil mütəxəssislərin yetişdirilməsi və data əsaslı texnoloji həllərin hazırlanması ilə məşğul olan qabaqcıl təlim və xidmət platformasıdır.

Sürətlə dəyişən rəqəmsal dünyada məqsədimiz — data elmi sahəsində müasir tələblərə cavab verən, analitik düşüncəli, texniki cəhətdən hazırlıqlı və peşəkar kadrlar yetişdirməkdir. Təlim proqramlarımız həm sıfırdan başlayanlar, həm də bu sahədə biliklərini dərinləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulub.

DataCube olaraq biz tədrisə yalnız texniki bacarıqların ötürülməsi kimi baxmırıq. Kurslarımız tələbələrin analitik düşünmə, problem həll etmə və real iş mühitinə tətbiq qabiliyyətlərini inkişaf etdirməyə yönəlib. Müəllim heyətimiz xarici təcrübəyə malik, müxtəlif ölkələrdə data elmi sahəsində çalışmış, praktik bilikləri olan peşəkar mütəxəssislərdən ibarətdir.

Təlim Proqramlarımız

DataCube Xidmətləri

DataCube təkcə təlimlə kifayətlənmir – biz data sahəsində müxtəlif korporativ və texniki xidmətlər də təqdim edirik. Məqsədimiz fərdi şəxslərlə yanaşı, şirkətlərin də data yönümlü transformasiyasına dəstək olmaqdır.

Bu xidmətlər vasitəsilə biz həm fərdi, həm də korporativ müştərilərin rəqəmsal inkişafını sürətləndirməyə və onlara məlumat əsaslı qərarlar verməkdə kömək edirik.

Vizyonumuz və Dəyərlərimiz

DataCube-un vizyonu — Azərbaycanda və regionda data elmi sahəsində lider və etibarlı bir marka olmaq, yüksək keyfiyyətli təlim və texniki həlləri ilə fərqlənməkdir.

Biz davamlı öyrənmə və bilik paylaşımını təşviq edən, açıq, şəffaf və innovativ bir təhsil və inkişaf mühiti qurmuşuq.

DataCube olaraq inanırıq ki, data — gələcəyin dilidir. Bu dili öyrənmək, onunla düşünmək və onu praktikada tətbiq etmək üçün biz sizin yanınızdayıq.